Bakıda tikintidə kişi meyiti tapılıb

17 May 2020 19:48

Bakıda orta yaşlı kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, meyit  Nizami rayonu, Keşlə qəsəbəsində tikinti  aparılan binanın həyətində aşkar edilib.

Aparılan müayinə zamanı şəxsin yıxılaraq öldüyü məlum olub.

Hazırda Nizami Rayon Prokurorluğunda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Milli.Az