Lerikdə birmərtəbəli ev yanıb

17 May 2020 17:11

Lerik rayonunun Əvilə kəndində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az