Sabahın havası açıqlandı

17 May 2020 12:15

Azərbaycanda mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə  bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-12, gündüz  18-20, Bakıda gecə 9-11, gündüz  18-20 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 768 mm civə sütunundan 759  mm civə sütununa enəcək, nisbi rütubət  70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 10-15, gündüz  23-28, dağlarda gecə 3-8, gündüz  10-15 dərəcə isti olacaq.

Milli.Az