Füzulidə çayda batan 11 yaşlı qızın meyiti tapıldı

17 May 2020 12:56

Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.

Milli.Az xəbər verir ki, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən  tapılıb.

A.Məmmədovanın meyiti sudan çıxarılaraq  aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az