Los-Ancelesdə güclü yanğın, 11 yanğınsöndürən xəsarət aldı - VİDEO

17 May 2020 10:44

Los-Ancelesin (ABŞ) Boyd-strit küçəsində güclü yanğınla mübarizə aparan 230 yanğınsöndürəndən 11-i xəsarət alıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, əvvəlcə "kommersiya binası" yanıb, daha sonra yanğın yaxınlıqdakı evlərə keçib.

İnsidentin baş verdiyi ərazinin yaxınlığında Kiçik Tokio məhəllələri yerləşir.

Yanğının səbəbi açıqlanmır.

Milli.Az