Hacıqabulda intihara cəhdin qarşısı alınıb

17 May 2020 09:29

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda 1 nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. 

Milli.Az