Abşeronda evdə yanğın olub

16 May 2020 19:53

Abşeronda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Abşeron rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az