Bu dəfə İftara bunları hazırlayın - RESEPTLƏR

17 May 2020 15:46

Milli.Az Axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

Fransız ət salatı

Ərzaq:
Dana əti - 300 qr.
Soğan - 1 ədəd
Sarımsaq - 3 diş
Dəfnə yarpağı - 1 ədəd
Kəvər - 1 dəstə
Kök - 2 ədəd
Qırmızı bibiər - 1 ədəd
Zeytun - 2 ədəd

Sous üçün:

Hardal - 1 x.q.
Qatıq - 250 qr.
Doğranmış yaşıl soğan və sarımsaq qatışığı - 1 x.q.
Duz, qırmızı istiot zövqə görə

Hazırlanması:
Ətə 4 stəkan su töküb qaynadın. Bir az qaynadıqdan sonra üzərinə xırda doğranmış soğan, sarımsaq, dəfnə yarpağı, kəvəri və kökü tökün. Qazanın ağzını bağlayıb, 20 dəqiqə açmadan qaynadın. Sonra 2-3 saat kənarda saxlayıb, soyumasını gözləyin. Soyuduqdan sonra suyunu süzüb, ətləri didin. Kənarda sosusu hazırlayıb ətlərin üstünə tökün.  

 

Kartof küftəsi

Ərzaq:
Kartof - 4 ədəd
Yumurta sarısı - 2 ədəd
Un - 2 x.q.
Ovulmuş ağ pendir - 1 kofe fincanı
Hind qozu - 1 x.q.
Duz, qara istiot - 1 ç.q

Qızartmaq üçün:
Yumurta - 3 ədəd
Suxarı unu - 1 stəkan
Un - 3 x.q.
Günəbaxan yağı - 1 stəkan

Hazırlanması:
Kartofları duzlu suda qaynadın. Bişdikdən sonra soyuq suda bir az saxlayın. Sonra qabığını təmizləyib püre edin. Üzərinə pendiri, hind qozunu, yumurta sarısını, duzu və qara istiotu töküb, qarışdırın. Orta həcmli küftələr düzəldin. Küftələri əvvəlcə una sonra yumurtaya, sonda isə suxarı ununa batırıb, yağda qızardın. Süfrəyə isti halda verilir.

 

Şatobrian

Ərzaq:
Sümüksüz dana əti - 400 qr.
Göbələk - 2 ədəd
Pomidor - 2 ədəd
Kərəviz - 5 yarpağ
Kərə yağı - 3 x.q.
Duz, istiot zövqə görə

Sous üçün:
Xırda doğranmış soğan - 3 x.q.
Sirkə - 1 x.q.
Su - 1 x.q.
Yumurta sarısı - 2 ədəd
Ərinmiş kərə yağı - 1 stəkan
Xırda doğranmış kərəviz - 1 x.q.
¼ limonun suyu
Duz, qara istiot zövqə görə

Hazırlanması:
Əti döyün. Üzərinə duz, istiot və yağ sürtün. Tavada 5-6 dəqiqə qızardın. Pomidorları sobada bişirib, göbələyi yağda qızardıb, pomidorları üzərinə əlavə edin. Bişmiş qarışığı ətin üzərinə töküb, doğranmış kərəvizi əlavə edin.
Kənarda xırda doğranmış soğana qara istiot və sirkə töküb, tavada qızardın. Üzərinə limon suyu, yumurta sarısını və duzu əlavə edib, vam odda  azca bişirin. Üzərinə ərinmiş kərə yağı və kərəviz töküb, qarışdırın. Qarışıq hazır oolduqdan sonra qızarmış ətin üzərinə tökün.