İranda məktəblər açılıb

16 May 2020 18:45

Bu gündən İranda məktəblərdə tədris bərpa olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, məktəblərdə tədris bir ay müddətinə davam edəcək. XII sinif şagirdləri isə may ayının 30-dək dərslərdə iştirak edə bilərlər.

Bildirilib ki, şagirdlərin tədris prosesində iştirakı sərbəstdir.  

Qeyd olunub ki, tədris prosesində müəllim və şagirdlər tibbi maska taxmalı, sosial məsafəni gözləməlidirlər.

Milli.Az