İranda daha 1 757 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

16 May 2020 18:18

İranda ötən sutka ərzində daha 1 757 nəfər koronavirusa (COVID-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, bununla da İranda virusa yoluxanların sayı 118 392 nəfərə yüksəlib. Onlardan 2 716 nəfərin vəziyyəti ağırdır.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 35 nəfərin ölməsi ilə İranda bu virusdan ölənlərin sayı 6 937 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 93 147 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 672 mindən çox test həyata keçirilib.

Milli.Az