Bu mübarək aya necə xitab edək?

19 May 2020 22:45

Hişam ibni Salim nəql edir: "Biz səkkiz nəfər İmam Baqirin (ə) xidmətində idik. Söhbət Ramazandan düşdü və İmam (ə) buyurdu: "Deməyin ki, bu, Ramazandır, deməyin ki, Ramazan gəldi və ya getdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, çünki Ramazan - Allahın adlarındandır ki, gəlməz və getməz. Aradan gedən şey gələr və gedər. Bəlkə deyin Ramazan ayı. Ona görə də ay sözünü əlavə edin.

Ramazan ayı - o aydır ki, Quran onda nazil olmuşdur. Allah onu məsəl və bayram qərar vermişdir. Necə ki, Böyük Allah İsa ibni Məryəmi (ə) Bəni-İsrayil üçün məsəl qərar vermişdi".

Əli ibni Əbitalibdən (ə) nəql edilir ki, buyurub: "Siz həqiqətən də bilmirsiniz ki, Ramazan nədir (və hansı fəzilətlər onda gizlənmişdir)".

Milli.Az