İquain İtaliyaya qayıtdı

16 May 2020 14:44

"Yuventus"un hücumçusu Qonsalo İquain Argentinadan İtaliyaya qayıdıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək. Daha sonra onun 14 gün müddətində karantində qalacağı bildirilir.

Qeyd edək ki, İquain A Seriyasının koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılmasından istifadə edərək vətəni Argentinaya getmişdi.

Milli.Az