Ermənistanda bir gündə 239 nəfər koronavirusa yoluxdu

16 May 2020 14:34

Ermənistanda koronavirusa yoluxanların sayı 4 283 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 239 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 55 nəfər koronavirusdan ölüb, 2 415 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Milli.Az