Vilayət Eyvazov general Yaşar Əliyevi vəzifəsindən azad etdi

15 May 2020 20:44

Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.

Milli.Az Unikal.org-a istinadən xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir.

Milli.Az