Operativ Qərargahdan dəniz mövsümündə çimərliklərin açılması ilə bağlı AÇIQLAMA

15 May 2020 18:44

Dəniz mövsümünün açılması ilə bağlı çimərliklərin açılması və ya qoyulacaq qadağalar vəziyyətdən asılı olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, əgər koronavirusla bağlı vəziyyətdə yumşalma olarsa, çimərliklərin açılması məsələsinə və ya tətbiq olunacaq qadağalara baxıla bilər: "Bulvar və paklara giriş-çıxış sərbəstdir. Amma sosial məsafəyə nəzarət olunacaq. Əyləncə mərkəzlərinin fəaliyyətinə də ciddi nəzarət ediləcək. Bulvar və parklarda 10 nəfərdən artıq şəxsin toplanması qadağandır".

Milli.Az