İdman zalları və futbol oyunlarının bərpası müzakirə edilir

15 May 2020 18:11

İdman kompleksləri və zallarının açılması ilə bağlı məsələ müzakirə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə bu məsələ ilə bağlı da qərar verilə bilər: "Futbol oyunlarının keçirilməsi və idman kompleksalərinin açlımasına qadağalar hələ ki, qüvvədədir. Növbəti mərhələdə bu məsələ barədə hansı qərar qəbul olunsa, ictimaiyyətə məlumat veriləcək".

Milli.Az