“Bu oyunla Çempionlar Liqasını qazana bilmərik” - Messi

15 May 2020 19:54

"Barselona"nın futbolçusu Lionel Messi açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu, Çempionlar Liqasını qazanmaq üçün lazım olan səviyyədə olmadıqlarını deyib:

"Sahib olduğumuz heyətdən heç vaxt şikayətçi olmamışam. Hər şeyi qazana biləcəyimizə şübhəm yoxdur. Ancaq indiki halda, bu oyunla Çempionlar Liqasını qazana bilmərik".

Koronavirusa görə dayandırılan Çempionlar Liqasında "Barselona" 1/8 finalda "Napoli"yə rəqib olub. Oyunların avqustun əvvəlində keçiriləcəyi gözlənilir.

Milli.Az