Toy turizmi Azərbaycanın Hindistanın turizm bazarı üzrə prioritet istiqamətlərindən biridir.
Azərbaycan Turizm Bürosundan (ATB) Trend-ə verilən məlumata görə, Hindistan vətəndaşları il ərzində xarici ölkələrdə toy mərasimlərini keçirməyə təxminən 50 milyard dollar vəsait xərcləyirlər. Bu seqment öz növbəsində Azərbaycan Turizm Bürosunun Hindistanın turizm bazarı üzrə prioritet istiqamətlərini təşkil edir.
Qeyd edək ki, ATB-nin toy turizmi üzrə Hindistandakı tərəfdaşı "Chapter 2 Events" şirkəti tərəfindən onlayn vebinar təşkil edilib. Vebinarda Hindistanın bu sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri və Azərbaycanın turizm sektorunun üzvləri iştirak ediblər.
"Azərbaycan - toy destinasiyası kimi" mövzusunda baş tutan vebinara ümumilikdə 170-dən çox iştirakçı qatılıb.
Milli.Az