Cek Dorsi “Twitter”in əməkdaşlarına evdən işləməyə imkan verib

16 May 2020 08:15

"Twitter"in baş direktoru Cek Dorsi mikrobloqlar xidmətinin əməkdaşlarına "COVID-19" pandemiyası bitdikdən sonra da evdən işləməyə imkan verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "əgər şərait və vəziyyət bizim əməkdaşlarımıza evdən işləməyə imkan  verirsə və onlar ofisə qayıtmaq istəmirlərsə, onda onlar evdən işləyə bilərlər" -" Twitter"in nümayəndəsi deyib.
 
Bundan başqa, şirkətin nümayəndəsi deyib ki, "Twitter" sentyabr ayınadək bəzi ofislərinin işini bərpa edəcək, işgüzar səfərlər və tədbirlərin keçirilməsinə qoyulmuş qadağa isə 2020-ci ilin sonunadək qüvvədə qalacaq.
 
Xatırladaq ki, "Twitter" şirkəti martın 12-dən öz əməkdaşlarına "COVID-19" pandemiyasına görə evdən işləməyə imkan verib.

Milli.Az