Azərbaycanlı hakimlər koronavirus testindən keçdi

15 May 2020 20:29

Bu gün AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərdən qan analizi götürülüb və temperaturları yoxlanılıb. Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.

Milli.Az