20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş bağlanır - Bu tarixdə

15 May 2020 15:24

Mayın 16-17-də 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məhdudlşdırma təmir işləri ilə əlaqədardır. 

Sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Milli.Az