Çəkilişləri dayandırılan daha bir serial sezon finalı etdi

15 May 2020 16:19

Show TV-də yayımlanan məşhur "Çukur" serialı nəzərdə tutulan vaxtdan əvvəl sezon finalı edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ekran işini ərsəyə gətirən "Ay Yapım" məlumat yayıb.

Bildirilib ki, bir müddətdir karantin qaydalarına əsasən, çəkilişlər dayandırılıb və layihəni yenidən çəkmək imkanı yoxdur. Bu səbəbdən "Çukur" sentyabr ayından yayıma başlayacaq.

Serial çəkilişlərinin isə avqustda start götürəcəyi qeyd olunub

Milli.Az