Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək

15 May 2020 13:44

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə,, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.

Milli.Az