"Qarabağ"ın istədiyi qapıçı klubundan ayrılır

15 May 2020 13:39

"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias Argentinanın "Boka Xuniors" klubundan ayrılır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.

Diasla İspaniya La Liqa təmsilçisi "Leqanes"in maraqlandığı iddia olunub.

Qeyd edək ki, "Qarabağ" 2019-cu ilin yayında Markos Diasla danışıq aparıb, ancaq 34 yaşlı qapıçı Ağdam klubunun təklifini qəbul etməyib.

Milli.Az