Əməkdar artistlə bağlı DİN-dən açıqlama: Həqiqətən də Elnur Zeynalov ... - FOTO

15 May 2020 12:21

Əməkdar artist Elnur Zeynalovun Baş Dövlət Yol Patrul Xidməti Alayının 9-cu tağımının baş inspektoru olduğu barədə xəbərə DİN-dən reaksiya gecikməyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Milli.Az-a açıqlama verib.

DYP rəsmisi tağım komandirinin həqiqətən də Elnur Zeynalov olduğunu, lakin xanəndə olmadığını bildirib:

"Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrulu Xidməti Alayının 9-cu tağımının komandiri vəzifəsində həqiqətən də Elnur Zeynalov xidmət aparır, komandiri Elnur Zeynalovdur. Lakin həmin Elnur Zeynalov müğənni deyil. Bu yanlış informasiyadır". 

Təhməz Təkin
Milli.Az