"Arka Sokaklar"ın Hüsnüsü koronavirusa "yoluxdu"

15 May 2020 13:29

10 ildən çoxdur ki yayımlanan "Arka Sokaklar" serialında koronavirus pandemiyası ilə bağlı səhnələrə yer verilib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, ekran işinin son iki seriyasında koronavirusla bağlı marifləndirici səhnələr yayımlanıb.

Bundan əlavə, serialın ən məşhur obrazlarından olan Hüsnü Çoban koronavirus xəstəsi kimi təqdim edilib.

Ekran işinin 552-ci seriyasının fraqmentində də Hüsnünün ağır vəziyyətdə olduğu aydın görünür.

İsmayıl
Milli.Az