"Kamil səni bizə əmanət edib" - Kənandan Kamilə dəstək

15 May 2020 13:04

Məşhur rejissor Kənan Mahmudov sosial şəbəkədəki paylaşımı ilə marağa səbəb olub.

Milli.Az big.az-a istinadla bildirir ki, Kənan instaqram hesabında bir neçə gün öncə həbs edilən idmançı Kamil Zeynallının anası Sahilə xanımla foto paylaşıb. O, fotonu paylaşaraq: "Kamil bir neçə günlük səni bizə əmanət edib. Elə dost üçün sənə təşəkkür edirəm" şərhini yazıb.

Kənan bu addımı hər kəsin xoşuna gəlib onun bu addımını yüksək qiymətləndiriblər.

Milli.Az