"Beşiktaş" məşqləri ləğv etdi

15 May 2020 10:44

Səkkiz üzvü koronavirusa yoluxan "Beşiktaş" məşqləri ləğv edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda hazırlıq prosesini qeyri-müəyyən müddətədək dayandırıb.

Qeyd edək ki, "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi də koronavirusa yoluxub.

Xatırladaq ki, Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.

Milli.Az