Zlatan İbrahimoviç cərimələnəcək

15 May 2020 09:24

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç cəzalanacaq.

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun Stokholmda lisenziya vaxtı bitmiş "Ferrari Monza SP2" markalı maşını ilə gəzməsi olub.

Avtomobili qanunsuz idarə edən İsveç millisinin keçmiş üzvü cərimələnəcək.

"Ferrari Monza SP2" markalı maşın dünyada 500 ədəddir. 38 yaşlı futbolçu ötən il ad günündə maşını özünə hədiyyə edib.

Milli.Az