3 otaqlı ev yanıb

15 May 2020 08:12

Şirvan şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 27 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az