Abşeronda motosiklet qəzaya uğrayıb

14 May 2020 21:29

Abşeron rayonunda motosikletin qəzaya uğraması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Osman Məhərrəmov idarə etdiyi motosikletlə qəzaya uğrayıb.

Nəticədə O.Məhərrəmov ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Milli.Az