Leysan yağan yağış İsmayıllıda kənd təsərrüfatına və yollara ciddi ziyan vurub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində 14 may 2020-ci il tarixində, saat 16:35 radələrində başlayan və bir saat davam edən leysan yağış dolu ilə müşahidə edilib.
Bir saat ərzində yağıntının miqdarı 42 mm olub. Saat 20:00-da isə 49 mm təşkil edib. Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.
Milli.Az