David Silva Avropanı tərk edir

14 May 2020 20:49

"Mançester Siti" ilə müqaviləsi iyunda başa çatacaq David Silva karyerası ilə bağlı qərarını verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "şəhərlilər"dən ayrılacaq ispan futbolçunun yeni klubu məlumdur. Silva karyerasını Devid Bekhemin sahibi olduğu MLS təmsilçisi "İnter Mayami"də davam etdirəcək.

34 yaşlı futbolçu 2010-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Milli.Az