Ukrayna Premyer Liqası başlayır

14 May 2020 20:14

Ukrayna Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi "Dinamo"nun (Kiyev) saytı məlumat yayıb. Ölkə çempionatının mayın 30-u bərpa olunacağı bildirilib.

Görüşlərin koronavirus səbəbindən azarkeşsiz keçiriləcəyi vurğulanıb.

Milli.Az