"Ayaks"ın müdafiəçisi Madrid təmsilçisinin hədəfində

14 May 2020 18:11

"Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Madrid "Atletiko"sunun maraq dairəsinə düşüb. Amsterdam təmsilçisi Talyafiko üçün 35 milyon avro tələb edir. 

Qeyd edək ki, Talyafiko ilə PSJ və "Barselona" da yaxından maraqlanır.

Milli.Az