“Beşiktaş”da koronavirus şoku - 8 nəfərin testi müsbət çıxdı - YENİLƏNİB

14 May 2020 16:11

16:11

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı klub rəhbərinin müalicəsinə başlanılıb.

----------

14:40

Mayın 13-də "Beşiktaş"ın bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib. Testin nəticəsi 8 nəfərdə müsbət çıxıb. Onların dərhal müalicəsinə başlanılıb.

Koronavirusa yoluxanların şəxsiyyəti açıqlanmayıb.

Milli.Az