Pərviz Bakıya gələ bilmədi

14 May 2020 14:39

Bu gün günorta saatlarında "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Bakıya gəlməli idi.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəlişi təxirə salınıb.

Bildirilib ki, Azərbaycan sözügedən reysi qəbul etmədiyindən reys təxirə salınıb.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV8-in rəhbəri, aparıcı Acun Ilıcalıya təşəkkür edib.

O, sosial şəbəkədə Dominikan Respublikasında təyyarənin havaya qalxdığı anların görüntüsünü yayıb.

Milli.Az