“Fəridə” tammetrajlı bədii filminin istehsalı başa çatdı

14 May 2020 17:49

"Narimanfilm" kinostudiyası Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə "Fəridə" tammetrajlı bədii filminin istehsalını başa çatdırmışdır.

Milli.Az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur. Baş qəhrəman rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim Nasirov, Dilya Ulaşeva və başqaları çəkilmişlər.

Film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir.

Film dram janrında çəkilmişdir. Bütün çəkilişlər Sankt-Peterburq şəhərində aparılmışdır. "Fəridə" filminin premyerası 2020-ci ilin yay aylarında bakıda planlaşdırılır.

Milli.Az