Ermənistanda fövqəladə vəziyyət bir ay uzadıldı

14 May 2020 14:21

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə hökumətin iclası zamanı qərar verilib.

Yeni qərara əsasən, fövqəladə vəziyyət iyunun 13-ü saat 17:00-dək davam edəcək.

Xatırladaq ki, Ermənistanda bir aylıq fövqəladə vəziyyət martın 16-da elan olunub,daha sonra aprelin 14-dək uzadılıb.

Bu günədək 3 860 nəfər koronavirusa yoluxub, 49 nəfər ölüb.

Milli.Az