Azərbaycan Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2019/20 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.
Rəsmi qərarın bu gün Klublar Komitəsinin videokonfrans formatında iclasından sonra açıqlanacağı gözlənilir. Saat 12.00-da başlayan iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edir.
Premyer Liqa təmsilçilərinin isə sabahdan yenidən məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Premyer Liqanın matçları koronavirus səbəbindən təxirə salınıb.
Milli.Az