"Roma" Cengizin transfer qiymətini müəyyənləşdirdi

14 May 2020 15:38

İtaliyanın "Roma" klubu ən yaxın transfer pəncərəsində Cengiz Ündər üçün gələcək transfer təkliflərini dəyərləndirəcək.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçini 24 milyon avroya satmağa hazırdır.

22 yaşlı futbolçu ilə "Arsenal", "Tottenhem", "Bayer", "Napoli" və "Milan"ın maraqlandığı iddia edilir.

"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm 20 oyunda 3 qol vurub.

Milli.Az