Barak Obama polyakları şoka salıb

20 Aprel 2010 14:25
"The Washington Times" yazır ki, bu xəbər Polşa xalqına çox pis təsir göstərib. Xatırladaq ki, Ağ Ev sahibi Kaçinskinin dəfninə qatılmaq niyyətində olsa da, İslandiyada püskürmüş vulkan nəticəsində Avropanın üzərini bürümüş kül dumanı üzündən bu səfər baş tutmayıb.

Bundan o qədər də məyus olmayan polyaklar həmin vaxt Obamanın nə ilə məşğul olduğunu bilən zaman əməlli-başlı məyusluq keçiriblər. Sən demə Polşanın Kaçinskini son mənzilə yola saldığı vaxt Obama ölkəsində qolf oynayırmış.

Milli.Az