Ermənistanda koronavirusa yoluxanların sayı 3 860 nəfərə çatıb

14 May 2020 13:37

Ermənistanda koronavirusa yoluxanların sayı 3 860 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 142 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 49 nəfər koronavirusun qurbanı olub, 2 218 nəfərin müalicəsi isə davam edir.

Ölkədə pandemiya ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət bu gün başa çatsa da, iyunun 13-dək uzadılması təklif olunub.

Milli.Az