"Heç vaxt özünü sındırmadı" - Brilliant ağladı

14 May 2020 11:08

Xalq artisti Brilliant Dadaşova "Şou ATV" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramda müğənninin əmisi oğlu, mərhum Xalq artisti Rafael Dadaşovla bağlı süjet nümayiş olunub.

B.Dadaşova kadrları izləyərkən göz yaşlarını saxlaya bilməyib. O, aktyorla bağlı xatirələrini bölüşüb və "O, heç vaxt dərdini kiminləsə bölüşmürdü, özünü sındırmırdı" sözlərini deyərək, kövrəlib.

Milli.Az