“Ərzurumspor”da 11 nəfərin koronavirus testi pozitiv çıxıb

14 May 2020 08:58

Türkiyə futbolunda növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin 1-ci liqasının "Ərzurumspor" futbol klubunda 4-ü komanda üzvü olmaqla, 11 nəfərdə yeni növ koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb.

Klubdan verilən məlumata görə, səhhətindən şübhələnən daha 12 nəfər təkrar testdən keçmək üçün xəstəxanaya göndərilib.

Milli.Az