Dörd ayda qonşu ölkənin xarici ticarətində 2,4 milyard dollar kəsir yaranıb

13 May 2020 21:54

Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 milyard 463,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici illik müqayisədə 11,8 faiz azdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Dörd ayda Gürcüstanın ixracı illik müqayisədə 11,9 faiz azalaraq 1 milyard 1,3 milyon dollar, idxalı isə 11,8 faiz azalaraq 2 milyard 462,2 milyon dollara bərabər olub.

Hesabat dövründə Gürcüstanın ticarət dövriyyəsində 1 milyard 460,8 milyon dollar mənfi saldo yaranıb. Bu da ölkənin ümumi ticarət dövriyyəsinin 42,2 faizini təşkil edib.

Milli.Az