Könül Xasıyevadan anası ilə bağlı paylaşım

13 May 2020 20:29

Xalq artisti Könül Xasıyeva İnstaqram hesabında anası ilə bağlı paylaşım edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun fotosunu izləyicilərlə bölüşərək "Canım anam, sənin də, Kazımın da (oğlu-red.) ağrılarınız mənə gəlsin, öz ağrılarıma qataram. Sizə bir şey olmasın. Dünya sevdiklərimizi bizdən alır" sözlərini yazıb.

Qeyd edək ki, sənətçinin atası ötən il dünyasını dəyişib. K.Xasıyevanın anası isə uzun müddətdir yaddaşını itirib.

Milli.Az