AFFA-dan koronavirusla bağlı klublara tövsiyə

13 May 2020 20:39

AFFA-nın təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus testi verəcək.

Milli.Az xəbər verir ki, bununla bağlı AFFA-nın saytı məlumat yayıb.

Bununla yanaşı, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb.

Milli.Az