"Bavariya" 17 yaşlı hücumçu aldı

13 May 2020 19:24

"Bavariya" heyətinə yeni futbolçus cəlb edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Hoffenhaym"ın hücumçusu Armindo Zipini transfer edib

17 yaşlı futbolçu Almaniyanın aşağı yaş üzrə milli komandasında da çıxış edir. "Bavariya" Armindo ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Leyptsiq"in yetirməsi olan Armindo Zip "Hoffenhaym"a 2017-ci ildə keçib.

Milli.Az