Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə qərara alınır:
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.
Milli.Az